Bioyanacaq

Bioyanacaq — bioloji məhsullardan, əsasən bioloji tullantıların emalından alınan yanacaq.

Bioyanacaq daxiliyanma mühərrikləri üçün nəzərdə tutulan maye yanacağa (məsələn, etanol, metanol, biodizel), bərk (odun, briket, yonqar (talaşa), küləş (saman), toxum qabığı) və qazşəkilli (bioqaz, hidrogen) bioyanacaqlara bölünür. Neft məhsullarına olan qiymətlərin kəskin artması şəraitində, son zamanlar bitkiçilik məhsullarından bioyanacağın istehsalına daha çox diqqət yetirilir. 2000-ci ildən 2007-ci ilədək olan dövrdə bioyanacağın dünya istehsalı 3 dəfə artmışdır – 18 milyard litrdən 60 milyard litrədək, bu da nəqliyyatda yanacağın dünya istehlakının 3 faizindən artıq deyil. Bioyanacağın istehsalının təxminən 90 faizi ABŞ-də, Braziliyada ölkələrində cəmləşmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search